Gəncədə dəhşətli hadisə BAŞ VERİB - Ağır yaralılar var, Bakıya çatdırılır
    • 29-06-2024, 13:46
    • 7 858

Gəncədə dəhşətli hadisə BAŞ VERİB - Ağır yaralılar var, Bakıya çatdırılır

Gəncə şəhərində mübahisə zəminində üzərlərinə yanan benzin qabının atılması nəticəsində ağır yanıq xəsarətləri alanlardan ikisi Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Bunlar 1993-cü il təvəllüdlü Eltəkin Zeynalov və 1997-ci il təvəllüdlü Muraz Namazovdur.

Qeyd edək ki, söyüş üstdə düşən mübahisə zamanı daha bir nəfər, 2004-cu il təvəllüdlü Niyaməddin Kazımov da yanıq xəsarətləri alıb. Gəncə şəhər 1 nömrəli Abbas Səhhət adına Xəstəxanada müalicə alan şəxsin vəziyyəti isə kafi qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Pərviz Kazımovu saxlayaraq istintaqa təhvil veriiblər: "P.Kazımov içərisində benzin olan qabı yandıraraq M.Namazovun üzərinə atıb. Nəticədə məlum hadisə baş verib".

Faktla bağlı araşdırma aparılır./Report