"Titanik"i ziyarət edərkən fəlakət yaşadılar
    • 29-06-2024, 17:10
    • 625

"Titanik"i ziyarət edərkən fəlakət yaşadılar


“Titan” fəlakətindən bir il sonra “OceanGate” şirkəti dünyanın ən dərin sualtı çuxurlarından birinə səyahət planı hazırlayır.

News24.az publika.az-a istinadla xəbər verir ki, şirkət Baham adalarında yerləşən “Dean's Blue Hole” adlı yeri kəşf etmək istəyir. Bununla da əraziyə ilk insanlı sualtı dalış gerçəkləşəcək. Dalışda iştirak edən şəxslərə hər şeyə hazırlıqlı olmaları lazım olduğu bildirilir.

“Blue Marble Exploration” saytının məlumatına görə, yerli sakinlər buranın cəhənnəm qapısı olduğuna, şeytanın da suyun dərinliklərində gizləndiyinə inanır.

Ekspedisiyaya ayrılacaq vəsait hələki açıqlanmayıb.

Xatırladaq ki, 1 il əvvəl Atlantik okeanının 3800 metr dərinliyinə qərq olmuş "Titanik"i ziyarət etmək üçün səfərə çıxan turistləri daşıyan "OceanGate" şirkətinin "Titan" adlı sualtı gəmisi partlamışdı. Nəticədə 5 nəfər həyatını itirmişdi.