Hərbi helikopter qəzaya UĞRADI
    • 2-07-2024, 14:53
    • 185

Hərbi helikopter qəzaya UĞRADI

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

News24.az Viral.az-a istinadla xəbər verir ki, bu barədə “İnfo Rustavi” portalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, helikopter Bolnisi bələdiyyəsi ərazisində qəzaya uğrayıb. Hadisənin Disvəli kəndində baş verdiyi bildirilir.

“Biz Daxili İşlər Nazirliyi ilə insidentin təfərrüatlarını aydınlaşdırmağa çalışırıq”, – İnfo Rustavi bildirib. Yerli KİV nümayəndələri helikopterin qəzaya uğradığı yerə gediblər.