620 nəfər xəstəxanaya yerləşdirildi - SƏBƏB
    • 2-07-2024, 14:53
    • 343

620 nəfər xəstəxanaya yerləşdirildi - SƏBƏB

İranda dəhşətli qum fırtınası baş verib.

News24.az xəbər verir ki, bu barədə fövqəladə hallar və insidentlərin idarə edilməsi şöbəsinin rəhbəri Məhəmməd Xəlili məsələ ilə bağlı məlumat verib.

Halili deyib ki, Sistan bölgəsində şiddətli tufan və tozdan zərər çəkmiş və yaralanan 620 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib. Onlardan 25-i stasionar müalicə alıb.

İran rəsmisi qeyd edib ki, qum fırtınası nəticəsində görmə qabiliyyətinin azalması səbəbindən yol qəzalarında 16 nəfər xəsarət alıb.

Məryəm


.