Rusiyadan Fransa seçkiləri ilə bağlı şərh
    • 1-07-2024, 16:52
    • 338

Rusiyadan Fransa seçkiləri ilə bağlı şərh

Fransada insanlar ifrat sağçıların hakimiyyətə gəlməsindən narahatdırlar.

News24.az xəbər verir ki, Moskva Fransada keçirilən növbədənkənar seçkilərin birinci turunun nəticələrini şərh edib.

Kreml bu gün bildirib ki, parlament seçkilərinin birinci turunun nəticəsi artıq bir sıra Avropa ölkələrində müşahidə olunan tendensiyaları təsdiqləyir.

Marin Le Penin ifrat sağçı Milli Ralli (MN) partiyası Avropa Parlamentinə seçkilərdən sonra Fransada keçirilən parlament seçkilərinin ilk turunda qalib gələrək tarixi uğura imza atıb.

İlk nəticələrdən sonra prezident Emmanuel Makron və baş nazir Qabriel Attal insanları ikinci turda ifrat sağçılara səs verməməyə çağırıblar.

Nəticələrdən sonra fransalılar Parisdə ifrat sağçılara etiraz ediblər.

Seçkilərin yekun nəticəsi gələn həftə səsvermənin ikinci turu öncəsi ittifaq qurmaq səylərindən asılı olacaq.

Kremlin sözçüsü Dmitri Peskov bu gün jurnalistlərə bildirib ki, Moskva Fransadakı seçkiləri diqqətlə izləyir.

“Bir sıra Avropa ölkələrində, o cümlədən Fransada daha əvvəl ortaya çıxan tendensiyalar təsdiqlənməkdədir” deyən Peskov, “Fransız seçicilərin seçimləri bizim üçün az-çox aydın olsa da, ikinci turu gözləyəcəyik. "

Qeyd edək ki, dünən axşam keçirilən seçkilərin ilk turunda ifrat sağçı Milli Birlik 33 faiz səslə lider olub.

Solçu Xalq Cəbhəsi 28 faiz səs toplayıb.

Makronun “Hamı birlikdə Respublika naminə” (Ansamblı) alyansı 20 faizlə üçüncü yeri tutub.

Günel Məlikzadə