Xəzinə əməliyyatı: Yeraltı keçid tapıldı
    • 1-07-2024, 20:40
    • 440

Xəzinə əməliyyatı: Yeraltı keçid tapıldı

Türkiyənin Erdemli və Mezitli rayonları sərhədlərində apardıqları araşdırmalar zamanı tarixi əsərlər tapmaq üçün qeyri-qanuni qazıntılar aparan iki fərqli qrup müəyyən edilib.

News24.az xəbər verir ki, jandarma qrupları təsbit edilən şübhəliləri təqib edərək eyni vaxtda əməliyyat keçirib. 

Əməliyyat zamanı Erdemli rayonunda 2, Mezitli rayonunda isə 4 şübhəli cinayət başında tutulub. Qruplar qeyri-qanuni qazıntılarda istifadə edilən çoxlu materialı da ələ keçirib. 

Günel Məlikzadə