Üçmərtəbəli bina çökdü, ölənlər var
    • 2-07-2024, 08:20
    • 400

Üçmərtəbəli bina çökdü, ölənlər var


Misirin mərkəzi hissəsində yerləşən Assiut əyalətində üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 5 nəfər həlak olub.

News24.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Ad-Dostor” xəbər portalı məlumat yayıb.

Evin daha 6 sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası və beş xilasetmə qrupu cəlb olunub.

Assiut əyalətinin qubernatoru hadisənin baş vermə şəraitini araşdırmaq üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib. Onun səbəbləri barədə hələlik məlumat verilməyib.