2 gündə  25 nəfər öldürüldü
    • 4-07-2024, 09:00
    • 195

2 gündə 25 nəfər öldürüldü

Yerli mətbuatın məlumatına görə, Haitidə yenidən şiddətlənən zorakılıqlar səbəbindən son 2 gündə silahlı hücumlarda 25 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, mətbuata açıqlama verən polis rəsmisi, "Vəziyyət kifayət qədər mürəkkəbdir. Quldurlar bütün şəhəri zəbt ediblər. Onlar kiçik qruplar halında hərəkət edərək müxtəlif məhəllələri ələ keçirirlər. İnsanlar evlərini tərk edir" dedi.

Prezident Şurasından verilən açıqlamada Qressier qəsəbəsində silahlı dəstələrin törətdiyi hadisələrin pisləndiyi və milli polisə hərtərəfli dəstək verildiyi bildirilib.

Polisin keçirdiyi əməliyyatlar nəticəsində Gressierdə bir çox dəstə üzvünün zərərsizləşdirildiyini bildirən Şura, xeyli miqdarda sursat ələ keçirildiyini qeyd edib.

Günel Məlikzadə