Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu
    • 2-07-2024, 10:03
    • 143

Bakıda AĞIR QƏZA: Avtomobil piyadanı vurdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. 

Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.

Faktla bağlı cinayət işi açılıb.