-
- 22-05-2019, 14:07
- 915
"Allah balamı mənə bağışladı” - Şairə oğlunun düşdüyü qəzadan danışdı
Tanınmış şairə Nazilə Səfərlininn oğlunun qəzaya düşməsi haqda xəbər yayılıb.
"Qafqazininfo".az məlumat verib ki, şairənin oğlu KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib.
Deyilənlərlə bağlı şairə ilə əlaqə saxladıq.
N.Səfərli News24.az-a açıqlamasında oğlunun durumunun qənaətbəxş olduğunu bildirib: “Oğlum hazırda evdədir. Şükür Allaha, vəziyyəti normaldır. Qəzadan yaxşı qurtardıq. Hamının başına gələ bilən bir işdir”.
Şairə bildirib ki, hadisə zamanı oğlunun avtomobili yük maşını ilə toqquşub. Yük maşınının üzərindəki dəmir boru oğlunun avtomobilinə girib: “Bəxtimiz onda gətirib ki, həmin boru oğlumun oturduğu səmtdən girməyib. Və boru keçən hissədə heç kim olmayıb. Allah balamı mənə bağışlayıb”.
“Əks tərəfdən şikayətçi olacaqsızmı?” sualında Nazilə Səfərli “ “Yox, oğlumun xəsarət almasına baxmayaraq, şikayətçi olmayacağıq. Kimsə bunu bilərəkdən eləməyib ki... ” dedi.