-
- 2-07-2024, 22:00
- 559
"YouTube" son qərarını verdi!
YouTube son vaxtlar artan süni intellekt texnologiyaları ilə istehsal edilən saxta məzmuna doğru yeni bir addım atıb.
News24.az xəbər verir ki, platforma rəsmi olaraq istifadəçilərin şikayətlərinə uyğun belə məzmunları siləcəyini açıqlayıb. Platformaya yüklənmiş hər hansı "deepfke" video şikayətdən sonra 48 saat ərzində silinəcək və onu yükləyən kanal cəzalandırılacaq.
Bu mənada istifadəçi “deepfake” məzmunlu video yayımlayırsa, bunu həm YouTube-a, həm də şərh bölməsində öz izləyicilərinə bildirməlidir. Bu məlumat paylaşılmazsa, video ən qısa zamanda silinəcək.
YouTube-un bu qərarı rəqəmsal platformalarda artan dezinformasiyaya qarşı mühüm addım kimi qiymətləndirilir. Bununla belə, süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda bu cür tədbirlərin nə dərəcədə effektiv olacağı müzakirə mövzusudur.
Günel Məlikzadə