Yaşar Gülər sərt danışdı – “Qaçılmaz son yaxındır, əzəcəyik”
    • 2-07-2024, 18:40
    • 166

Yaşar Gülər sərt danışdı – “Qaçılmaz son yaxındır, əzəcəyik”

Türkiyə heç vaxt separatçı təşkilatın cənub sərhədlərimiz yaxınlığında terror dəhlizi yaratmasına icazə verməyəcək.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“Göstərdiyimiz sıx təzyiq sayəsində son vaxtlar terror təşkilatına qatılımın az qala sıfıra endiyi və təslim olan terrorçuların sayının getdikcə artdığını görürük. Təşkilatın qondarma liderlərinin müxtəlif bəhanələrlə əməliyyat bölgələrini tərk edərək daha təhlükəsiz hesab etdikləri arxa bölgələrə qaçdıqlarını da bilirik. Terror təşkilatı üzvləri hara qaçsalar da, türk əsgərinin polad pəncəsi altında əzilməkdən qurtula bilməyəcəklər və terrorla mübarizəmiz tərəddüdsüz davam edəcək”, - müdafiə naziri bildirib.

Yaşar Gülər vurğulayıb ki, süqut edən terror təşkilatının qaçılmaz sonu günü-gündən yaxınlaşır:

“Terror təşkilatının Suriyanın şimalında “terror dövləti” qurmaq cəhdinin bir mərhələsi kimi gördüyümüz “muxtar hökumət və bələdiyyə seçkiləri” fəaliyyətlərini qəti şəkildə rədd edirik. Suriyanı parçalamaq və xalqının iradəsini zəbt etmək üçün edilən bu cəhdlər əbəsdir. Çünki biz heç vaxt separatçı təşkilatın cənub sərhədlərimiz yaxınlığında terror dəhlizi yaratmasına icazə verməyəcəyik.

Xatırlatmaq istərdim ki, ölkəmiz özünümüdafiə çərçivəsində həyata keçirdiyi əməliyyatlarla hədəfə alınan terror dəhlizinin qarşısını kəsib, Suriya və İraqın ərazi bütövlüyü və suverenliyinin qorunmasına töhfə verib və bu məsələdə öz qətiyyətli mövqeyini qoruyub saxlayır”.