ABŞ-da NATO sammitinə qarşı aksiya keçirildi
    • 7-07-2024, 13:42
    • 201

ABŞ-da NATO sammitinə qarşı aksiya keçirildi


Vaşinqtonda iyulun 9-dan 11-dək keçiriləcək NATO sammitinə etiraz aksiyası keçirilib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları - "No to NATO" aktivistlər assosiasiyası bildirib.

Məlumata əsasən, aksiya ondan çox insan haqları təşkilatı tərəfindən birgə həyata keçirilib. Fəallar Kapitol təpəsinin yaxınlığındakı kilsəyə toplaşıblar.

Tədbirdə çoxsaylı fəal qrupların rəhbərləri çıxış ediblər.