Məşhur cütlüyün övladı oldu - FOTO
    • 4-07-2024, 22:34
    • 485

Məşhur cütlüyün övladı oldu - FOTO

Amerikalı aktrisa, müğənni Vanessa Hacens ana olub.

News24.az axşam.az-a istinadən xəbər verir ki, 28 yaşlı beysbolçu Koul Takerlə ailəli olan 35 yaşlı aktrisa Kaliforniyadakı xəstəxanadan çıxarkən görüntülənib. Onun qucağında yeni doğulan körpəsi olub.

Qeyd edək ki, Vanessa və Koul ilk dəfə 2020-ci ilin noyabrında Los-Ancelesdə görüntüləniblər. Onlar fevralda Parisdə nişanlandıqlarını elan ediblər.