Şin Bet atəşkəs üçün Misirdədir
    • 8-07-2024, 15:08
    • 273

Şin Bet atəşkəs üçün Misirdədir

İsrailin Daxili Kəşfiyyat İdarəsinin direktoru Şin Betin direktoru Ronen Bar əsir mübadiləsi danışıqları və Rəfah Sərhəd Qapısının idarə olunması ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirin paytaxtı Qahirədə səfərdədir.

News24.az xəbər verir ki, Bar və komandası girov mübadiləsi və atəşkəs, həmçinin Misirin Qəzza ilə sərhədini təşkil edən Rəfah şəhəri vasitəsilə silah qaçaqmalçılığına qarşı tədbirləri müzakirə edəcək.

İsrail Ordusu Radiosunun məlumatına görə, atəşkəs və girovlarla bağlı razılaşma əldə olunarsa, Misir Qəzzaya silah qaçaqmalçılığının qarşısını almaq üçün yüksək texnologiyalı yeraltı tunel tikmək üçün ABŞ-la birgə çalışacaq.

Qeyd edək ki, Misirin mümkün atəşkəsin ilk günlərində tunel işlərinə başlaya biləcəyi bildirilib.

Baş nazir Benyamin Netanyahu dünən gecə Misirdən Qəzzaya silah qaçaqmalçılığının qarşısının alınması da daxil olmaqla İsrailin müzakirə olunmayan tələblərinin siyahısını təqdim edib.

Bildirək ki, İsrail əsgərləri Misir və Qəzza arasında ən azı 25 transsərhəd tunel aşkar ediblər. Bəzi tunellərin mövcudluğu əvvəllər İDF-yə məlum idi, digərləri isə ilk dəfə olaraq əsgərlər sərhəd bölgəsinə daxil olan zaman aşkar edilib. Təl-Əviv administrasiyası HƏMAS-ın bu tunellərdən qaçaqmalçılıq yolu ilə silah daşıdığını iddia edir.

Günel Məlikzadə