Onlara vəzifə verildi
    • 5-07-2024, 16:05
    • 255

Onlara vəzifə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinə iki köməkçi təyin edilib.

News24.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, bu barədə Agentliyin sədri Sadiq Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ramilə Mürsəl qızı Əhmədova və Murad İlham oğlu Əzizli Agentliyin sədrinin köməkçiləri təyin olunublar.