Şolz: Ərdoğanın səfərini səbirsizliklə gözləyirik
    • 5-07-2024, 23:00
    • 224

Şolz: Ərdoğanın səfərini səbirsizliklə gözləyirik

Almaniya kansleri Olaf Şolz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Şolz, "Biz Ərdoğanın səfərini səbirsizliklə gözləyirik" dedi.

Ərdoğanın 2024-cü il futbol üzrə Avropa çempionatının 1/4 finalında Hollandiya ilə Milli Futbol Komandasının oyununu izləmək üçün Almaniyaya gedəcəyi açıqlanıb.

Xatırladaq ki, Ərdoğanın sabah Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısında iştirak etmək planını milli matçla əlaqədar ləğv edib.

Günel Məlikzadə