"Qalatasaray" Rodriqo De Paulu istəyir
    • 8-07-2024, 22:40
    • 398

"Qalatasaray" Rodriqo De Paulu istəyir

Transfer cəhdlərini davam etdirən "Qalatasaray" üçün yeni iddia ortaya atılıb.

News24.az Fotomaç-a istinadən xəbər verir ki, sarı-qırmızılıların son olaraq Qatarda Argentina millisi ilə dünya kubokunu qazanan Rodriqo De Paul üçün hərəkətə keçdiyi iddia edilib.

“Qalatasaray”ın həm futbolçunun meneceri, həm də klubu “Atletiko Madrid”lə əlaqə saxladığı qeyd edilib.

30 yaşlı argentinalı ulduzla ilk görüşdə mənfi hal olmadığı bildirilib.

"Atletiko Madrid"in De Paulu satıb-satmayacağına dair qərarsız olduğu, lakin meneceri transferə yaşıl işıq yandırdığı bildirilib.

Qeyd edək ki, paytaxt təmsilçisi ilə 134 rəsmi oyuna çıxan De Paul bu matçlarda 11 qol vurub, 16 məhsuldar ötürmə edib.

Günel Məlikzadə