Fransa seçkilərində heç bir alyans mütləq çoxluğu qazana bilmir
    • 7-07-2024, 22:42
    • 369

Fransa seçkilərində heç bir alyans mütləq çoxluğu qazana bilmir


Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətini əldə edə bilmir.

News24.az “Report”a istinadla xəbər verir ki, bunu BFMTV telekanalı bildirib.

Beləliklə, “Yeni Xalq Cəbhəsi” solçu alyansı Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunda Milli Assambleyada (parlamentin aşağı palatası) 175-dən 205-ə qədər yer qazanaraq liderlik edir.

Eyni zamanda, “Respublika Naminə Birlikdə” prezident koalisiyası 150-dən 175-ə qədər, sağçı “Milli Mitinq” partiyası isə 115-dən 150-yə qədər mandata malikdir.