Milli Futbol Komandası evə qayıtdı - Foto
    • 8-07-2024, 10:52
    • 245

Milli Futbol Komandası evə qayıtdı - Foto

Türkiyə Milli Futbol Komandası (EURO 2024) 1/4 finalında Hollandiyaya 2:1 hesabı ilə uduzaraq Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatı ilə vidalaşdıqdan sonra ölkəyə qayıdıb. 

News24.az xəbər verir ki, komanda şəxsi təyyarə ilə saat 23.55 radələrində İstanbul hava limanına enib. Milli komandanın nümayəndə heyəti "pasport" nəzarətindən sonra hava limanını tərk edib. 

Buradan məşqçi Vinçenzo Montella, texniki heyət və futbolçular onları gözləyən xüsusi maşınlara minərək ərazini tərk ediblər.

Məryəm