"Barbie"nin ulduzu ana olur - FOTO
    • 8-07-2024, 11:09
    • 253

"Barbie"nin ulduzu ana olur - FOTO

Greta Gerwig-ə bütün zamanların "ən böyük açılış gəlirinə sahib qadın rejissoru" adını qazandıran Barbie, 2023-cü ilin ən çox qazanan filmi olub. 2023-cü ilin ən yaxşı açılışını edən film bütün dünyada fenomen olaraq, adını kino tarixinə qızıl hərflərlə yazıb.

News24.az xəbər verir ki, filmdə rol alan Marqot Robbi ifasına görə tamaşaçılar və tənqidçilərdən tam qiymət alıb.

Qeyd edək ki, Avstraliyalı aktrisanın hamilə olduğu üzə çıxıb. 

Qarnı görünən 34 yaşlı Robbi həyat yoldaşı ilə Komo gölündə görüntülənib. Bildirək ki, 2013-cü ildə “Suite Française” filminin çəkiliş meydançasında tanış olan cütlük 2016-cı ildə ailə həyatı qurub.

Günel Məlikzadə