Avtomobil idarəetmədən çıxıb metroya girdi..
    • 8-07-2024, 13:16
    • 402

Avtomobil idarəetmədən çıxıb metroya girdi..

Ankarada avtomobil idarəetmədən çıxıb və Kızılayda metro stansiyasının girişində qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, hadisə zamanı sürücü xəsarət almadan xilas olub və avtomobilə maddi ziyan dəyib.

Sərxoş olduğu iddia edilən sürücünün idarə etdiyi avtomobil qəzaya uğradığı metro stansiyasının pilləkənlərində qalıb.

Qəzadan xəsarət almadan sağ çıxan sürücünün avtomobili evakuatorun köməyi ilə ərazidən çıxarılıb.

Məryəm