HƏMAS: İsrail atəşkəsin qarşısını almağa çalışır
    • 9-05-2024, 23:10
    • 115

HƏMAS: İsrail atəşkəsin qarşısını almağa çalışır

Həmas İsrailin Rafah hücumları ilə atəşkəsi pozmağa çalışdığını bildirib.

News24.az xəbər verir ki, HƏMAS rəsmisi İzzət ər-Rişq İsraili Fələstin ərazisində 7 aydır davam edən müharibədə atəşkəs axtarışının qarşısını almaq üçün Qəzzanın ən cənub şəhəri olan Rəfaha hücumlar təşkil etməkdə günahlandırıb.

İsrailin Rəfah və sərhəd qapısındakı hərbi əməliyyatlarının "vasitəçilərin səylərinə mane olmaq məqsədi daşıdığını" ifadə edən İzzət ər-Rişq, açıqlamasında HƏMAS-ın Qahirə danışıqlarına bir heyət göndərdiyini və atəşkəs təklifini qəbul etməkdə qərarlı olduğunu bildirib. 

Qeyd edək ki, Misirin Əl-Qahirə televiziyasının bu gün verdiyi məlumata görə, mübahisəli məqamlar üzrə kompromis düstur tapmaq üçün bütün tərəflərin iştirakı ilə Qahirədə atəşkəs danışıqları bərpa edilib.

Günel Məlikzadə