"Azərbaycanın sirləri" kitabı nəşr edildi
    • 9-07-2024, 10:41
    • 165

"Azərbaycanın sirləri" kitabı nəşr edildi

Prezident yanında Rabitə Nazirliyi Türkiyə ilə Azərbaycan qardaşlığını və Azərbaycan mədəniyyətini əks etdirən "Azərbaycanın sirləri" kitabını nəşr etdirdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə məlumat nazirliyin sosial media hesabında paylaşılıb.

Paylaşımda qeyd olunur ki, Türkiyənin Prezident yanında Rabitə Nazirliyi "bir millət, iki dövlət" şüarı altında Türkiyə ilə Azərbaycan qardaşlığı və Azərbaycanın köklü mədəniyyətindən bəhs olunan "Azərbaycanın sirləri" kitabını nəşr edib.

Məryəm