Çempionlar Liqasına START
    • 9-07-2024, 11:36
    • 217

Çempionlar Liqasına START

Bu gün avrokubokların 2024/25 mövsümünə start veriləcək.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində 6 matç baş tutacaq.

Yeni mövsüm Litvada keçiriləcək qarşılaşma ilə başlayacaq. “Panevejis” HİK-i qəbul edəcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunlarına sabah yekun vurulacaq.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar, 9 iyul

19:30. “Panevejis” – HİK
20:45. “Hamrun Spartans” – “Linkoln”
22:00. TNS – “Deçiç”
22:00. “Santa Koloma” – “Balkani”
22:45. “Vikinqur” – “Şemrok Rovers”
23:00. “Virtus” – “Styaua”