Neft ucuzlaşdı
    • 9-07-2024, 11:37
    • 608

Neft ucuzlaşdı

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barelinin qiyməti 09,47-də bağlanış vaxtı ilə müqayisədə 0,03 faiz azalaraq 85,72 dollar olub. 

News24.az xəbər verir ki, ötən gün 86,92 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 85,75 dollarla başa vurub.

Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 82,25 dollara satılıb.

Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da keçən həftə açıqlanan məlumatlar, ölkədə iqtisadi yavaşlamanın davam etdiyinə və tələbatın zəiflədiyinə diqqət çəkib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) qarşıdakı dövrdə atacağı addımlarla bağlı qeyri-müəyyənlik davam edir.

ABŞ-da qasırğaya görə bəzi limanların bağlana biləcəyi ilə bağlı narahatlıq da qiymətlərə təsir edir. Limanların bağlanması xam və mayeləşdirilmiş təbii qazın ixracını, neftin emal zavodlarına daşınmasını və həmin obyektlərdən motor yanacağının çatdırılmasını müvəqqəti dayandıra bilər.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 86,60-87,96 dollar aralığı müqavimət, 84,72-83,88 dollar arası isə dəstək zonası kimi izlənilə bilər.

Günel Məlikzadə