Yalançı sevgililər TUTULDU
    • 9-07-2024, 11:38
    • 171

Yalançı sevgililər TUTULDU

ABŞ-da Manhetten federal prokurorları iki qadının ən azı 16 tənha qocanı uzun müddət davam edən sevgi yalanları ilə  7 milyon dollardan çox aldatdığını deyib.

News24.az xəbər verir ki, Federal prokurorların sözlərinə görə, ABŞ vətəndaşları Rosanna Lisa Stanley və Gina Guy adlı iki qadın,  böyrək və qaraciyər transplantasiyası nağılları ilə yaşlı adamları aldadıblar.

Prokukorluğun sözlərinə görə, bu eşq yalanı 2009-cu ildən bəri davam edib.

Məhkəmə sənədlərinə görə, fırıldaqçı qadınlar qurbanlarını "üz-üzə görüşlər, telefon zəngləri və onlayn tanışlıq platformaları" vasitəsilə tapıblar.

Qeyd edək ki, fırıldaqçı qadınlar tutularaq, 250 min dollar müqabilində sərbəst buraxılıblar.

Məryəm