İsti havada səpgilərə diqqət yetirin!
    • 9-07-2024, 12:27
    • 347

İsti havada səpgilərə diqqət yetirin!

Dr. Ayşeqül Yalçınkaya hava istiləşdikcə, xüsusilə körpələrdə və azyaşlı uşaqlarda səpgi hadisənin artdığını bildirib və xəbərdarlıq edib.

News24.az xəbər verir ki, həkim yayın ləzzət almalı olduğu bu günlərdə günəş və istilikdən qorunmağın zəruriliyini vurğulayıb.

Xəstəlik haqqında məlumat verən Yalçınkaya belə deyib:

"Bu, tibbi dildə miliare adlanır və tər kanallarının tıxanması nəticəsində meydana gələn səpgi növüdür. Bundan əlavə, kifayət qədər tez-tez duş qəbul etməmək, həddindən artıq məşq, son dərəcə sıx və hava keçirməyən paltar geyinmək, körpələrə qalın paltar geyindirmək və istifadə edilən parçanın pambıq teksturasına malik olmaması kimi səbəblər səpgilərin əmələ gəlməsinə yol açır. Səpgi tər kanallarının tıxanma səviyyəsindən asılı olaraq müxtəlif görünüşlərdə müşahidə olunur.

Məryəm