General-leytenantın adı nazirliyin saytından ÇIXARILDI
    • 9-07-2024, 12:46
    • 2 737

General-leytenantın adı nazirliyin saytından ÇIXARILDI

Bu ilin fevral ayında fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifovun vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılmışdı. Həmin vaxt xəbər nə təsdiq, nə də təkzib edilməmişdi. 

News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, 6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında da Ragim Lətifovun adı nazir müavinləri siyahısından çıxarılıb. 

Əldə etdiyimiz məlumata görə, FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. 

Sabiq nazir müavinin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.