Ölkədə proqramçı çatışmazlığı!
    • 9-07-2024, 13:28
    • 143

Ölkədə proqramçı çatışmazlığı!

Rusiyada kiçik və orta biznesin nümayəndələri 130 min proqramçı çatışmazlığı olduğunu bildirib.

News24.az xəbər verir ki, hazırda kiçik və orta biznes seqmentində İT mütəxəssislərinin çatışmazlığı təxminən 34% təşkil edir. Bunun fonunda şirkətlər əmək haqqını artırmağa məcbur olurlar.

Bəzi ərazilərdə kadr çatışmazlığı 50%-i keçib. Onlar üçün hər ay 100 minə yaxın yeni vakansiya yaranır.

Məlumat üçün qeyd edək ki, bu gün İT mütəxəssisinin orta əmək haqqı 130-370 min rubldur.

Məryəm