Azərbaycanda bacı bacını döydü, polis işə qarışdı
    • 9-07-2024, 14:27
    • 178

Azərbaycanda bacı bacını döydü, polis işə qarışdı

Daxili İşlər Nazirliyi Salyanda bir qadının bacısı tərəfindən döyülməsi və məsələnin polis əməkdaşları tərəfindən araşdırılmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirib ki, Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbə sakini Sevinc Tarverdiyeva ötən ayın 27-də DİN-in 102 xidmətinə, 28-i isə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək Salyan rayonu ərazisində bacısı Aybəniz Tarverdiyeva tərəfindən döyülməsi barədə məlumat verib.

Daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb, tərəflərin və hal şahidlərinin izahatları alınıb, müvafiq tibbi ekspertiza təyin edilib.

Aparılan araşdırmaların və ekspertizanın rəyindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.