Bu ölkədə də həddindən artıq istilər yayılır
    • 9-07-2024, 16:03
    • 220

Bu ölkədə də həddindən artıq istilər yayılır

“The Guardian” qəzetinin yazdığına görə, ABŞ-ın qərbində rekord temperatur müşahidə edilərkən, bir çox şəhərlərdə bununla bağlı xəbərdarlıqlar edilib.

News24.az xəbər verir ki, bazar günü Massaçusets ştatının Salem şəhərində termometrlər 39,4 dərəcəni göstərərkən, Oreqon ştatında 4 nəfərin ölümünə həddindən artıq istilərin səbəb olduğu ehtimal edilir.

Bu çərçivədə meteorologiya səlahiyyətliləri, Kaliforniya, Nevada, Arizona, Oreqon, Vaşinqton və Aydaho ştatlarının bəzi bölgələrində həddindən artıq istilərlə bağlı xəbərdarlıqlar edib və 146 milyondan çox amerikalının hava şəraitindən təsirlənəcəyi məlumatını paylaşıb.

Qeyd edək ki, dünəndən etibarən ABŞ-da 73 fərqli yerdə, təxminən yarım milyon akr ərazidə yanğınlar davam edir.

Yanğınsöndürənlər həddindən artıq istilərin səbəb olduğu bir çox yeni yanğınla mübarizə apararkən Kaliforniyanın Santa Barbara qraflığında baş verən yanğında 20 min hektardan çox meşə sahəsi yanıb kül olub.

Səlahiyyətlilər bölgədə çox sayda insan üçün təxliyə əmri verərkən, yanğına helikopter və hava tankerləri ilə müdaxilə edilib.

Günel Məlikzadə