Məşhur aktyor məhkəmədə cinayətini etiraf etdi
    • 9-07-2024, 21:56
    • 176

Məşhur aktyor məhkəmədə cinayətini etiraf etdi

"Bob's Burgers" cizgi filmindəki rolu ilə tanınan komediya aktyoru Cey Conston yanvarın 6-da ABŞ Konqresindəki iğtişaşda iştirakına görə günahını etiraf edib.

News24.az Publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı aktyorun məhkəməsi oktyabrda baş tutacaq. Onu 5 ilə qədər federal həbs cəzası gözləyir.

Səlahiyyətlilər bildirir ki, Conston digər iğtişaşçılarla birlikdə Konqresin girişini qoruyan polis əməkdaşlarına qrup hücumunda iştirak edib. İddialara görə, o, dekabr ayında "Bob's Burgers"dən də qovulub.

“Xəbərlərdə bu, hücum kimi təqdim edilib. Əslində bu, hücum deyildi. Tam bir qarışıqlıq idi. Gözyaşardıcı qaz atıldı və mən bunu olduqca xoşagəlməz hesab etdim”, - aktyor etirafında deyib.

Aktyor həmçinin “Anchorman” və “Men in Black II” kimi filmlərdə də rol alıb.