Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib
    • 9-07-2024, 16:13
    • 312

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib

VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib.

News24.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirə olunub.

Adil Abış oğlu Əliyevin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.