75 yaşında universiteti bitirdi
    • 9-07-2024, 23:00
    • 262

75 yaşında universiteti bitirdi

Türkiyədə 30 il əvvəl PTT Ümumi Müdirliyindən təqaüdə çıxan Yurtsever həyat yoldaşı Nimet Yurtsever ilə Balıkəsirdə Erdek mahalına yerləşib.

News24.az xəbər verir ki, koronavirus dövründə qızı Hande Yurtseverin dəstəyi ilə universitet imtahanına hazırlaşan Ruhi Yurtsevər imtahan verərək 2 illik Bandırma Onyedi Eylül Universitetinin Biznes İdarəetmə fakültəsinə qəbul olub.

Özündən 50 yaş kiçik dostları ilə məktəbi uğurla başa vuran Yurtsevər məzuniyyət mərasiminə ailəsi ilə birlikdə gəlib.

Ailəsinin üzünü tutan maskalarla qatıldığı mərasimdə Ruhi Yurtsever sinif yoldaşları ilə papaq atmaqdan həzz alıb.

Qeyd edək ki, Yurtsevər universitetdə oxuduğu üçün xoşbəxt olduğunu bildirib.

Günel Məlikzadə