-
- 10-07-2024, 09:49
- 267
Putinin necə düşündüyünü anlamağa çalışaq - Podolyak
Rusiya danışıqlar masası arxasına əyləşəndə bu, o demək olacaq ki, o, müharibəni uduzmayıb və heç bir məsuliyyət daşımayacaq.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak vurğulayıb ki, xəstəxanaya və mülki əhaliyə hücum Rusiya tərəfindən tamamilə düşünülüb və aydın şəkildə planlaşdırılıb:
“Putinin necə düşündüyünü anlayaq. O, Ukrayna ərazisində çoxlu sayda soyqırım hücumları həyata keçirir”.
Onun sözlərinə görə, Rusiya heç bir beynəlxalq konvensiyaya hörmət etmir.