![Nazir NATO-nun 75-ci ildönümü tədbirində iştirak etdi](/uploads/posts/2024-07/bay.webp)
-
- 10-07-2024, 11:39
- 205
Nazir NATO-nun 75-ci ildönümü tədbirində iştirak etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtona işgüzar səfəri çərçivəsində ABŞ Prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi NATO-nun 75-ci ildönümü tədbirində iştirak edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki,tədbir 1949-cu il aprelin 4-də NATO-nun təsis edildiyi Vaşinqton Müqaviləsinin imzalandığı Endru Mellon konfrans zalında (Andrew Mellon Auditorium) keçirilib.