Məşhur cütlük boşandı - FOTO
    • 10-07-2024, 11:52
    • 329

Məşhur cütlük boşandı - FOTO

"Game of Thrones" serialının və "Aquaman" filminin ulduzu Ceyson Momoa və "Cosby Show"un aktrisası Liza Bonet münasibətlərini 2022-ci ildə bitirdiklərini açıqlayıb.

News24.az xəbər verir ki, Lisa Bonet bu ayrılıq elanından iki il sonra Ceyson Momoa ilə boşanmaq üçün ərizə verib. Bonet və Momoa ayrılanda bir-birlərindən heç bir maddi tələb etmədikləri, iki övladının birgə himayədarlığını bölüşmək istədikləri üzə çıxıb.

Cütlüyün boşanması yekunlaşıb. Los-Anceles Rayon Məhkəməsinin illərdir ayrı yaşayan iki aktyorun nikahını pozmaq qərarı qüvvəyə minib.

Boşanmanın qanuni olaraq mümkün qədər tez baş verdiyi və heç bir mübahisə olmadığı bildirilib.

Günel Məlikzadə