Rusiya Mərkəzi Bankından yeni qərar
    • 10-07-2024, 15:24
    • 470

Rusiya Mərkəzi Bankından yeni qərar

Rusiya Mərkəzi Bankının dərc etdiyi “Sabit sikkələr: onların istifadəsi və tənzimlənməsində təcrübələr” adlı hesabatda sabit sikkələrin tənzimlənməsinin hərtərəfli araşdırma tələb etdiyinə diqqət çəkilib.

News24.az xəbər verir ki, hesabatda mövzu ilə bağlı səlahiyyətli orqanlar, bazar iştirakçıları və ekspert icmaları ilə müzakirələrin aparılmalı olduğu, müstəqil bir qurum kimi stabil sikkələr üçün ayrıca tərifin lazım olduğu barədə fikirlər olduğu bildirilib.

Hesabatda belə bir tərifin hələ də beynəlxalq miqyasda geniş yayılmadığına diqqət çəkilib və ümumi hüquqi strukturların istifadəsini əhatə edən yanaşmaların daha çox yayıldığı qeyd edilib.

Həmçinin, rəqəmsal hüquqların və rəqəmsal valyutaların tənzimləndiyi, bu sahədəki inkişafın sürətləndiyi vurğulanaraq, ölkədə sabit sikkələrin dövriyyəsi ilə bağlı qaydaları müəyyən edəcək bir mexanizmin qurulması üçün qiymətləndirmə aparılıb.

“Rusiya rezidentləri arasında stabilkoinlərdən ödəniş vasitəsi kimi istifadə edilməsi yolverilməzdir”, - deyə hesabatda bildirilir. 

Qeyd edək ki, Stabilkoinlər, dəyəri dollar və ya yuan, əmtəə və ya Bitcoin kimi kriptovalyuta kimi fiat pul baxımından başqa bir aktivə bağlı olan kriptovalyutalar kimi ifadə edilir.

Rusiyada kriptovalyutalardan istifadə son illər Qərb ölkələrinin bank sektoruna tətbiq etdiyi sanksiyalara görə geniş vüsət alıb.

Günel Məlikzadə