Tarakanların geriyə baxmadan qaçacağı ÜSUL
    • 10-07-2024, 15:53
    • 233

Tarakanların geriyə baxmadan qaçacağı ÜSUL

Yay aylarının gəlişi ilə evlərimizi zəbt edən tarakanlar yenidən görünməyə başlayıb.

News24.az xəbər verir ki, tarakanlardan xilas olmaq istəyənlər üçün asanlıqla tətbiq oluna bilən sadə, lakin təsirli təbii üsullar var. 

Evlərinizdən tarakanları təmizləməyə kömək edəcək bu üsul sabun və duş gelindən ibarətdir. Sizə lazım olan tək şey bərabər miqdarda maye əl sabunu və duş gelini sprey şüşəsində qarışdıraraq ona su əlavə etməkdir. Qarışığı homojen olana qədər qarışdırın.

Yaranan qarışığı birbaşa həşəratların üzərinə səpə bilərsiniz. Tezliklə evinizdə tarakanların qalmadığını görəcəksiniz. 

Məryəm İlhamqızı