Aİ-nin Srebrenitsa ilə bağlı bəyanatı
    • 10-07-2024, 16:11
    • 171

Aİ-nin Srebrenitsa ilə bağlı bəyanatı

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell və Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi Srebrenitsa Soyqırımının 29-cu ildönümü ilə bağlı birgə yazılı bəyanatla çıxış ediblər.

News24.az xəbər verir ki, Srebrenitsada sistematik şəkildə öldürülən 8300-dən çox kişi və oğlan uşağının xatirəsini yad edən bəyanatda “29 il əvvəl baş vermiş soyqırım müasir Avropa tarixinin ən qaranlıq məqamlarından biridir” ifadəsi işlədilib.

Bəyanatda regional liderləri “bölücü ritorikadan imtina etməyə və həqiqət, ədalət, etimad və dialoqla hərəkət etməyə” çağırılıb və aşağıdakı qiymətləndirmə edilib:

"Keçmişin yaralarını sağaltmaq üçün tarixi faktlar tanınmalı və öyrədilməli, qurbanlar yad edilməlidir. İtkin düşənlər müəyyən edilməli və bütün günahkarlar məsuliyyətə cəlb edilməlidir. Bu, nifrətin kökləri ilə üzləşməyin açarıdır. Soyqırımı inkar etmək “Bizim aramızda bunu edənlərə, tarixi yenidən yazmağa çalışanlara və müharibə cinayətkarlarını vəsf edənlərə yer yoxdur”.

Günel Məlikzadə