Sülhlə bağlı vəziyyət dəyişir, İrəvan panikaya DÜŞDÜ - Ərdoğandan sürpriz YENİLİK
    • 11-07-2024, 12:25
    • 750

Sülhlə bağlı vəziyyət dəyişir, İrəvan panikaya DÜŞDÜ - Ərdoğandan sürpriz YENİLİK

Son zamanlar Azərbaycanla Ermənistan arasında bu ilin sonuna qədər sülh müqaviləsinin bağlanacağı ilə bağlı xəbərlər çoxalıb. Yerli media istər xarici agentlikləri və bəzi analitikləri, istərsə də Ermənistanın siyasi elitasından ayrı-ayrı vaxtlarda verilən mesajları istinad gətirərək sülhlə bağlı məsələyə toxunur. 

Yaxın günlərdə İranda keçirilən prezident seçkilərində islahatçı Məsud Pezeşkianın qalib gəlməsi Ermənistanda əməlli-başlı təşvişə səbəb olub. Seçki kampaniyası dövründə əslən azərbaycanlı olması ilə fəxr edən belə bir namizədin İran kimi dövlətin başına keçməsi, erməni siyasi elitası üçün gözlənilməz olub. Bunun ardınca Fransada növbədənkənar parlament seçkilərində prezident Emmanuel Makron solçulara məğlub oldu. 

Makronun hazırda ölkəsində keçirilən seçkilərə başının qarışması və hətta bu seçkilərdə ard-arda məğlub olması onu olduqca zəiflədib. Kifayət qədər zəiflədiyi üçün artıq Paşinyana əvvəlki dəstəyi göstərə bilməyəcək. Bunu da qeyd etməliyik ki, payızda ABŞ-da prezident seçkiləri olacaq və bu heç kimə gizli deyil ki, hazırkı prezident Baydenin mövqeləri namizəd, eks-prezident Trampın mövqelərindən olduqca aşağıdır. Qısacası, Baydenin respublikaçı Trampa məğlub olması, Paşinyanın payız aylarında siyasi cəhətdən tam zəifələməsi ilə nəticələnə bilər.

Bəs bu şəraitdə önümüzdəki bir neçə ayda sülh sazişi imzlana bilərmi?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Makron parlamentdə məğlub olsa da, Fransanın bölgə siyasətinin dəyişəcəyi gözlənilmir:

“Fransadakı siyasi qüvvələrin mütləq əksəriyyəti ermənipərəst mövqedən çıxış edir. Makronun seçkilərdəki əsas rəqibi Marin Le penin özü də ermənipərəstdir. Hətta o, Makrondan da betərdir. Məsələ bu mənadə yaxşıdır ki, hazırda Makronun başı yerli seçkilərə və ölkədəki siyasi vəziyyətə qarışıb. Amma bu o demək deyil ki, onlar Ermənistana silah-sursat göndərməyəcəklər. ABŞ-da vəziyyət bir az fərqlidir. Donald Tramp noyabrda prezident seçkilərində qələbə çalsa da, Trampın erməni lobbisi ilə heç bir bağlılığı yoxdur”.

Politoloq qeyd edib ki, heç bir halda Azərbaycanı öz siyasətindən heç bir şey daşındıra bilməz. Onun sözlərinə görə, ABŞ Azərbaycanla enerji və təhlükəsizlik əməkdaşlığını davam etdirir: “Bayden özü vaxtilə ermənipərəst konqresmen idi, amma o, artıq Azərbaycanın bölgədə artan rolunu qəbul edir. Bu mənada narahat olmağa dəyməz. Rəcəb Tayyib Ərdoğan özü Şuşadakı toplantıya gələ bilməsə də, müavini və Hakan Fidan burada idi. Şuşada keçirilən TDT toplantısı çox əhəmiyyətli idi. Azərbaycanın türk dünyasının inteqrasiyasında mühüm rol oynayır. Bu Azərbaycan üçün də vacibdir”.

Elxan Şahinoğlu əlavə edib ki, sülhün olması üçün Ermənistan Azərbaycanın əsas şərti olan konstitusiyadakı ərazi iddialarını çıxarmalıdır. Paşinyan bütün reallıqları anlayır. Başa düşür ki, bu şəraitdə bizimlə sülh əldə edə bilməz. Başa düşsə də, bu məsələni ləngidir. Əslində bu bizim problem deyil, biz sülh sazişi olmadan da davam edə bilərik, sülh onlara lazımdır. Konstitusiyanı dəyişmədən orada sadəcə Azərbaycan və Türkiyəyə ərazi iddiaları olan hissələri çıxarsa, bəs edər. 

Aqil Qarayev