Voşod qəsəbəsi ələ keçirildi
    • 11-07-2024, 23:50
    • 440

Voşod qəsəbəsi ələ keçirildi

Rusiya Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsində Rusiya hərbi birləşmələrinin fəaliyyəti barədə məlumat verib.

News24.az xəbər verir ki, Rusiya ordusunun Ukraynada cəbhə xəttində üstünlüklü mövqelər qazanmağa davam etdiyi bildirilən bəyanatda qeyd edilib:

“Mərkəzi Hərbi Qrupun bölmələri aktiv hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Voshod qəsəbəsini azad edib və cəhbədəki bu istiqamətdə taktiki mövqelərini təkmilləşdirib".

Açıqlamada Ukrayna ordusuna aid 24 pilotsuz uçuş aparatının vurulduğu, 127 hərbi texnikanın da məhv edildiyi bildirilib.

Günel Məlikzadə