Oğlunun yandırdığı evdə yaralandı!
    • 11-07-2024, 18:37
    • 294

Oğlunun yandırdığı evdə yaralandı!

Mardinin Midyat rayonunda  mübahisəsi zamanı oğlu Veysi Boranın yandırdığı evdə gəlini ilə birlikdə yaralanan Atiye Bora xəstəxanada dünyasını dəyişib.

News24.az xəbər verir ki, hadisə iyunun 22-də Midyat rayonunun Çavuşlu kəndində baş verib. Veysi Bora anası ilə naməlum səbəblərdən mübahisə edib. Bundan sonra, Atıye Bora və həyat yoldaşı Necla Bora içəridə olarkən evi yandıraraq qaçıb.  Necla Bora özünü eyvandan ataraq evi əhatə edən alovdan xilas olarkən, bədənində yanıqlar alan Atıye Bora isə qapı sındırılaraq çıxarılıb.

Hadisə ilə bağlı polislərin başlatdığı araşdırmada Veysi Boranın İstanbula qaçdığı müəyyən edilib. İstanbul Əyalət Jandarma Komandanlığının İctimai Asayiş Şöbəsinin JASAT qrupları tərəfindən aparılan araşdırmalarda Boranın Avcılardakı ünvanda gizləndiyi müəyyən edilib. İyunun 28-də jandarm qrupları tərəfindən həyata keçirilən əməliyyatda ünvanı yaxından izlənilən Veysi Bora yaxalanıb və saxlanılıb. Jandarmadakı prosedurlarından sonra Bora məhkəmə tərəfindən həbs edilib.

Məryəm İlhamqızı