Stoltenberq: Ukrayna “təcavüzkardan qisas almalıdır”
    • 12-07-2024, 09:31
    • 334

Stoltenberq: Ukrayna “təcavüzkardan qisas almalıdır”

Ukrayna Prezidenti Volodomir Zelenski və Stoltenberq NATO Sammiti çərçivəsində mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, NATO-nun baş katibi Stoltenberq “dönməz” yolda olan Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyəcəyini bəyan edib.

Ukraynanın beynəlxalq hüquq çərçivəsində özünümüdafiə haqqının olduğunu vurğulayan Stoltenberq, “NATO müttəfiqlərinin də münaqişəyə qarışmadan Ukraynanın özünümüdafiə haqqını dəstəkləmək hüququ var” deyib. 

Stoltenberq bildirib ki, özünümüdafiə hüququna uyğun olaraq, Ukrayna “təcavüzkardan qisas almalıdır”.

O qeyd edib ki, “Rusiyanın hərbi obyektləri vurmaq hüququ var”.

Üzv ölkələrin Ukraynaya göndərdikləri silahların istifadəsinə qoyulan məhdudiyyətləri azaltdıqlarını bildirən Stoltenberq bunun Ukraynanın Rusiyadakı hərbi hədəfləri vurması üçün zəmin hazırladığını bildirib.

Rusiyanın müxtəlif təşəbbüslərlə Ukraynaya verdiyi dəstək səbəbiylə NATO üzvlərini qorxutmağa çalışdığını bildirən Stoltenberq, "Rusiyanın bizi qorxutmaq cəhdləri əks nəticə verir. Əksinə, NATO üzvləri dəstəklərini artırırlar" deyib.

Günel Məlikzadə