Stoltenberq: Ukraynanın özünümüdafiə hüququ var
    • 7-06-2024, 17:05
    • 275

Stoltenberq: Ukraynanın özünümüdafiə hüququ var

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiyadakı qanuni hədəfləri vurmaq hüququna malik olduğunu bildirib.

News24.az xəbər verir ki, NATO-nun yeni üzvü İsveçə səfər edən Stoltenberq İsveçin baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransında danışıb.

Stoltenberq İsveçin müxtəlif yollarla kollektiv müdafiə və təhlükəsizliyə töhfə verdiyini, NATO-nun Ukraynaya dəstəyi üçün "yaxşı və güclü" bir çərçivə yaratmağa çalışdıqlarını bildirib.

Avropa qitəsi üçün təhlükəsizlik probleminə çevrilən Ukrayna müharibəsini dəyərləndirən Stoltenberq, "NATO-nun Ukrayna ilə bağlı uzunmüddətli öhdəliyi nə qədər güclü olarsa, Ukraynadakı müharibə bir o qədər tez bitə bilər" deyib.

Stoltenberq həmçinin bildirib ki, Ukraynanın “özünümüdafiə hüququ” var və bu hüquqa “hücum edən tərəf olan Rusiya ərazisindəki qanuni hərbi hədəfləri vurmaq daxildir”.

Onu da qeyd edək ki, son zamanlar Ukraynaya dəstək verən qərb ölkələri, xüsusən də Fransa və Almaniya bu ölkəyə bağışladıqları silahların Ukrayna hüdudlarından kənarda istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün bəyanatlar verirlər.

Günel Məlikzadə