Zelenski: “Torpaqlarımızı işğal edən də..
    • 12-07-2024, 09:46
    • 436

Zelenski: “Torpaqlarımızı işğal edən də.."

Ukrayna prezidenti Zelenski silah dəstəyi verən ölkələrdən qalib gəlmək üçün “bütün məhdudiyyətləri” aradan qaldırmağı xahiş edib.

News24.az xəbər verir ki, Zelenski deyib:

“Torpaqlarımızı işğal edən də, canımızı almağa çalışanda Rusiyadır. Moskva mahiyyətcə nəyə qadir olduğunu digər ölkələrə göstərmək istəyir".

Zelenski, "Biz bütün tərəfdaşlarımızla birliyi qorumalıyıq. Rusiyanın təcavüzkar müharibələri normallaşdırmasına imkan verməməliyik",- deyə əlavə edib.

Ukraynanın NATO Sammiti çərçivəsində konkret nailiyyətlər əldə etdiyini deyən Zelenski bu qərarların Ukrayna xalqı və övladları üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Zelenski bu gün üzv ölkələrlə “Ukrayna sazişi”ni imzalayacaqlarını və bunun Ukraynanın təhlükəsizlik arxitekturası üçün vacib olduğunu bildirib.

NATO üzvlüyünə getdikcə yaxınlaşdıqlarını deyən Zelenski, üzv olmaq üçün lazım olan bütün addımları atacaqlarını vurğulayıb.

Günel Məlikzadə