Dəhsətli hadisə - ATA 12 YAŞLI QIZINI...
    • 12-07-2024, 14:34
    • 509

Dəhsətli hadisə - ATA 12 YAŞLI QIZINI...

Kadıköydə 4 yanvar 2001-ci ildə 12 yaşlı Hande Chinkitas evdə başına çəkiclə vurulub boğazı kəsilmiş halda ölü tapılıb.

News24.az xəbər verir ki, ana Handan Yilmazer qızı keçmiş həyat yoldaşının evində ölü tapıldıqdan sonra məhkəməyə baş vurub. Uzun illər davam edən məhkəmə zamanı ata Nezih Chinkitaş və ögey ana Şehnaz Chinkitaş  heç bir cəza almayıb. Hadisədən düz 19 il sonra, yəni 2020-ci ildə Məhkəmə Tibb İnstitutu (ATK) məhkəməyə hesabat göndərib.

Hesabatda 19 il sonra bıçaq üzərindəki DNT analizində  Nezih Chinkitaşın güclü DNT profili aşkar edilib. Bundan sonra ata və ögey anaya qarşı cinayət işi açılıb.

Regional ədalət məhkəməsi sübutların toplanmasını, cəzanın müddətini və hökmün məzmununu qiymətləndirərək Nezih Chinkitaşa həbs qərarı əvəzinə ölkədən kənara çıxma qadağası və İstanbul sərhədini tərk etməmək barədə məhkəmə nəzarəti qərarı verib.

Məryəm İlhamqızı