Aİ "X" platformasının qaydalara uyğun olmadığı düşünür
    • 12-07-2024, 21:20
    • 267

Aİ "X" platformasının qaydalara uyğun olmadığı düşünür

Aİ Komissiyası X (əvvəlki Twitter) platforması ilə bağlı aparılan araşdırmada onun Rəqəmsal Xidmətlər Qanununu (DSA) pozduğuna dair ilkin nəticələrin şirkətə göndərildiyini açıqlayıb.

"Komissiya bu gün X-ə qaranlıq nümunələr, reklam şəffaflığı və tədqiqatçılar üçün məlumatların əldə edilməsi ilə bağlı sahələrdə Aİ qanunlarını pozduğuna dair ilkin rəyini çatdırdı" deyilib.

News24.az xəbər verir ki, açıqlamada, reklamda məzmuna nəzarət, şəffaflıq və hesabatlılığın AB rəqəmsal qaydalarının mərkəzində dayandığı, araşdırmanın X platformasının mavi təsdiq işarəsinin yalnış şəkildə tərtib edildiyinə və işlədildiyinə dair sübutlar tapdığı bildirilib.

X-in reklamla bağlı lazımi şəffaflığı təmin etmədiyi və Aİ qanunlarında göstərilən şərtlərə uyğun olaraq tədqiqatçılara ictimai məlumatlara çıxış təmin etmədiyi də qeyd edilib.

Günel Məlikzadə