"Bayden bütün dünya kimi Putinlə Zelenskini qarışdırıb
    • 12-07-2024, 23:30
    • 296

"Bayden bütün dünya kimi Putinlə Zelenskini qarışdırıb"

Kremlin sözçüsü Dmitri Peskov NATO Sammitindən sonra jurnalistlərə açıqlama verib

News24.az xəbər verir ki, o, Co Baydenin Ukrayna prezidentinə Zelenski əvəzinə Putin deməsi ilə bağlı da açıqlama verib.

Kremlin açıqlamasında, “Biz başa düşdük ki, Bayden də bütün dünya kimi Putinlə Zelenskini qarışdırıb”.

Ad qarışıqlığının açıq şəkildə dil sürüşməsi olduğu ifadə edilən açıqlamada bu cümlələr yer alıb: 

"Baydenin dil sürüşməsi ABŞ-da böyük əks-səda doğurub. Bu, ABŞ-ın məsələsidir, qoy Amerikalı seçicilər qərar versinlər".

Bəyanatda, həmçinin Baydenin Putinlə bağlı fikirlərinin qəbuledilməz və hörmətsizlik olduğu, “onların ABŞ prezidentinə heç yaraşmadığı” da qeyd olunub.

Kreml NATO Sammitində Ukraynanın Rusiyaya qarşı Qərb silahlarından istifadə etməsi ilə bağlı verilən bəyanatların yaxından izləndiyini də vurğulayıb.

Qeyd olunub ki, Ukraynanın Qərbin verdiyi silahları Rusiya ərazisinə atəşə tutmasına icazə verilməsi gərginliyi təhlükəli şəkildə artıracaq.

Günel Məlikzadə